Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası” adlı monoqrafiya çap olunub
30.10.2018 15:20
  • A-
  • A
  • A+

“Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası” adlı monoqrafiya çap olunub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası” adlı monoqrafiyası işıq üzü görüb.

Nəşrin elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramovdur.

Beş fəsil, nəticə və istifadə edilən ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayonlarında işlənən və ədəbi dilimizdə mövcud olmayan maraqlı leksemlər araşdırmaya cəlb olunub.

Tədqiqat əsərində bitki, yemək və geyim adları, xalçaçılıqla bağlı işlənən leksik vahidlər, əkinçilik və heyvandarlıq terminləri araşdırılıb ki, bu sözlərin də tədqiqi dil tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: