Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.10.2018 12:14
  • A-
  • A
  • A+

Muzeydə Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib

Muzeydə Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Dövlət bayrağının 100 illiyinə həsr olunmuş “Milli bayrağımız, milli kimliyimizdir!” mövzusunda tədbir keçirilib.

Tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Nizami rayonu 62 nömrəli məktəb-liseyi və “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi tərəfindən təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Azərbaycanın müstəqilliyini təcəssüm etdirən rəsmi dövlət rəmzlərinə göstərilən yüksək diqqət və ehtiramdan danışıb.

Qeyd olunub ki, dövlət bayrağımız Azərbaycan Respublikasının suverenliyinin rəmzidir. Bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib.

E.Dadaşov muzeydə mühafizə olunan bayraqlar haqqında da ətraflı məlumat verib.

Daha sonra Nizami rayonu 62 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında “Milli bayrağımız, milli kimliyimizdir!” adlı bədii-kompozisiya göstərilib.

Sonda Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Səkinə Ağalarova və “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyinin sədri Sevinc Əsgərova çıxış edərək iştirakçıları tarixi gün münasibətilə təbrik edib,  bu kimi maarifləndirici tədbirlərin məktəblilərin Azərbaycanın tarixi irsini öyrənməsi baxımından önəmindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: