“Metafizika Araşdırmalar Mərkəzi”nin rəsmi mətbu orqanı olan “Metafizika” fəlsəfi və fənlərarası araşdırmalar jurnalı beynəlxalq DİİF (Directory of Indexing and Impact Factor) indeksində qeydiyyata alınıb. Nəşr Azərbaycandan ictimai elmlər sahəsində bu nüfuzlu indeksə daxil olan ilk jurnaldır.
Sosial və texniki sahədə çap olunan akademik jurnalları qeydə alan DİİF impakt faktorlu dəyərləndirmə sistemi 1975-ci ildən fəaliyyət göstərir.
Qeyd edək ki, “Metafizika” jurnalının 7 ölkədən tanınmış alimlərin təmsil olunduğu redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə sədrlik edir. Jurnalın baş redaktoru fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikovdur. Jurnal 6 dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edir. Nəşrdə metafizik müstəviyə – fizikanın fövqünə qalxa bilən elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilmiş araşdırmalara yer verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.