Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Abel Məhərrəmov beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib
17.10.2018 14:19
  • A-
  • A
  • A+

Akademik Abel Məhərrəmov beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Norveçdə nəşr edilən “International Journal of Analytical Mass Spectrometry and Chromatography” (Analitik kütlə spektrometriyası və xromatoqrafiya) adlı beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib.

Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin təmsil olunduğu jurnal kütlə spektrometriyası və xromatoqrafiya sahəsində nüfuzlu nəşr hesab edilir.

Keçmiş Sovet İttifaqı respublikalarından yalnız Rusiya alimlərinin yer aldığı redaksiya heyətinə akademik A.Məhərrəmovun üzv seçilməsi Azərbaycanın kütlə spektrometriyası və xromatoqrafiya sahəsində çalışan alimlərinin elmi nəticələrinin beynəlxalq səviyyədə təbliğ olunmasına, elmimizin nüfuzunun daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: