www.science.az
19.05.2014 00:00

Avstriyanın nüfuzlu jurnalında Mirzə Şəfi Vazehin yaradıcılığı ilə bağlı məqalə çap olunub

Məlumdur ki, görkəmli ədib, şair və mütəfəkkir Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə əlaqədar olaraq ölkə miqyasında yubiley tədbirləri qeyd olunur. Tədbirlər çərçivəsində bu dəyərli şəxsiyyətin irsinin elmi cəhətdən tədqiqi ilə bağlı yeni əsərlərin nəşr edilməsi sahəsində silsilə araşdırmalar davam etdirilir. Belə ki, M.Ş.Vazehin yubileyi ilə bağlı AMEA Gəncə Bölməsinin doktorantı Elnur Həsənovun Avstriyanın nüfuzlu beynəlxalq nəşri olan “Österreichische Zeitschrift für Geistes und Sozialwissenschaften” jurnalında alman dilində məqaləsi çap olunub.

Elmi məqalədə ilk dəfə olaraq, bu görkəmli şəxsiyyətin yaşayıb-yaratdığı tarixi mərhələdə Gəncənin tarixi-etnoqrafik və elmi-mədəni mühitinin indiyə qədər tədqiq olunmamış bir sıra vacib faktları öz əksini tapıb. Həmçinin, bu dövrdə Gəncə şəhərində ənənəvi sənətkarlıq sahələrinin tərəqqisinin mühüm göstəriciləri elmi dəlillər əsasında şərh olunub.

Məqalədə Vazeh irsinin Avropada tədqiqinə dair elmi ictimaiyyət üçün maraq döğuran məlumatlar da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.