Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Bölmə əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində olublar
16.10.2018 15:06
  • A-
  • A
  • A+

Bölmə əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində olublar

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət edib.

Burada əməkdaşlara mədəniyyət ocağı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğı nəticəsində muzeyin fondu xeyli zənginləşib.

Məlumat verilib ki, mühafizə olunan eksponatlar sırasında Naxçıvan Muxtar Respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri, müxtəlif çeşidli əmək alətləri, paleolit və neolit dövrünə aid əşyalar, dən daşları, daş çəkiclər, sümük bizlər, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və naqqaşlıq, o cümlədən milli geyimlər, bədii tikmə nümunələri və digər eksponatlar var. Həmçinin burada elmi-tədqiqat işləri aparılır, sərgilər təşkil edilir, görüşlər, konfranslar, dəyirmi masalar, maarifləndirici tədbirlər keçirilir.

Sonda qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: