Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

15.10.2018 12:49
  • A-
  • A
  • A+

Bayıl şossesində pilotsuz uçuş aparatı vasitəsilə tədqiqat işlərinə başlanıb

Bayıl şossesində pilotsuz uçuş aparatı vasitəsilə tədqiqat işlərinə başlanıb

Oktyabr ayının 12-dən 13-nə keçən gecə paytaxtın Badamdar - 20-ci sahəni birləşdirən Bayıl şossesində yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar AMEA Rəyasət Heyəti Fənlərarası Analitik Mərkəzi, akademiyanın Yüksək Texnologiyalar ParkıNeft və Qaz İnstitutunun əməkdaşları sözügedən ərazidə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə tədqiqat işlərinə başlayıblar.

Aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin ortofotoplanı, geomorfoloji üçölçülü modeli, aktivliyi, sürüşmə müstəvisi, sürüşməyə məruz qalan ərazinin ölçüləri və digər problemlər araşdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: