Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsində Dövlət Müstəqilliyi Günü münasibətilə sərgi açılıb
12.10.2018 16:11
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Dövlət Müstəqilliyi Günü münasibətilə sərgi açılıb

AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar sərgi təşkil olunub.

Sərgidə “Müstəqilliyimiz əbədidir”, “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, “Müstəqilliyimiz, mənəviyyatımız”, “Naxçıvan müstəqillik illərində: Hədəflər, inkişaf, nəticələr”, “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı”, “Müstəqillik yollarında: Liderlik missiyası”, “Azərbaycan iqtisadiyyatının daima yüksələn müstəqillik dövrü” və digər kitablar ziyarətçilərin ixtiyarına verilib.

Sərgidə, həmçinin tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, bütün həyatını Azərbaycana həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətindən və ötən müddət ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərindən bəhs edən jurnal, qəzet və kitab materialları da nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: