Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunun alimləri Gürcüstanda keçirilən beynəlxalq tədbirdə məruzə ediblər
12.10.2018 11:35
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun alimləri Gürcüstanda keçirilən beynəlxalq tədbirdə məruzə ediblər

8-11 oktyabr 2018-ci il tarixlərində Tbilisi şəhərində "Avropa-Asiya Nəqliyyat Körpüsü" IV Gürcüstan-Polşa beynəlxalq elmi-texniki konfransı keçirilib.

Bolqarıstan, Litva, Gürcüstan, Almaniya, Polşa və digər ölkə alimlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları təmsil ediblər.

Beynəlxalq konfransın oktyabrın 8-də keçirilmiş plenar iclasında İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Qəzaların başlanğıc və inkişaf dinamikasının Noise nəzarəti" mövzusunda məruzə ilə çıxış edib. Alim Noise monitorinq texologiyaları sahəsində institutda əldə olunan nailiyyətlər və onun istehsalata tətbiqi ilə bağlı məlumat verib

Oktyabrın 9-da konfransın nəqliyyat sessiyasında İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiyalar şöbəsinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev "Qəzaların başlanğıcının və inkişaf dinamikasının Noise nəzarəti texnologiyaları və sistemləri, onların  tikintidə və nəqliyyatda  tətbiqi"  adlı layihəsini təqdim edib. Təqdimata bu layihə üçün yararlı olan Horizon 2020 2018-20  "InCo Flagship on Integrated multimodal, low-emission freight transport systems and logistics" (MG-2 - 9-2019)  işçi proqramının tenderi haqqında informasiya da daxil edilib. 

Layihədə magistral xətt boyunca seysmik təhlükənin bildirişinin intellektual sisteminin; dəmiryol xəttində, körpülərdə, tunellərdə və bütün yol boyunca kommunikasiyalarda nasazlıqların başlanğıcının gizli dövrünün Noise nəzarətinin alt sistemlərinin yaradılması nəzərdə tutulur. 

Konfransda İdarəetmə Sistemləri İnstitutu və bir sıra xarici ölkələrin iştirakı ilə konsorsiumun yaradılması barədə ilkin razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: