Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.10.2018 12:06
  • A-
  • A
  • A+

"Clarivate Analytics (Thomson Reuters)" agentliyi AMEA-nın İctimai Elmlər Bölməsi üçün seminar keçirib

"Clarivate Analytics (Thomson Reuters)" agentliyi AMEA-nın İctimai Elmlər Bölməsi üçün seminar keçirib

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə "Clarivate Analytics (Thomson Reuters)" agentliyi tərəfindən “Web of Science” Məlumat Platformasından istifadəyə dair maarifləndirici seminar təşkil olunub.

AMEA-nın Əsas binasında baş tutan seminarda akademiyanın İctimai Elmlər Bölməsinə daxil olan institutlarının əməkdaşları iştirak edib.

Tədbiri agentliyin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə açaraq platforma barədə iştirakçılara məlumat verib. Bildirib ki, “Web of Science” Məlumat Platformasının bazasında ümumilikdə 4 istiqamət üzrə 24 minə yaxın jurnal indeksləşdirilib və Azərbaycandan buraya 8 jurnal daxil edilib.

O, seminarın məqsədinin platformanın imkanları və əsas elementləri, beynəlxalq elmi jurnalların seçilməsi və məqalələrin dərc edilməsi, elmi istinadlar və onların analizi, düzgün axtarış sorğusunun tərtib edilməsi kimi məsələlərlə tanışlıq olduğunu bildirib.

A.Babazadə, həmçinin bazaya daxil edilən jurnallarda məqalələrin dərcinin ödənişsiz olduğunu vurğulayıb və alimləri bu məsələdə diqqətli olmağa çağırıb.

Ekspert daha sonra bazadan istifadəni iştirakçılara əyani nümayiş etdirib.

Sonda akademiya əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: