Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA Təcrübə-Sənaye zavodunda ümumzavod iməcliyi keçirilib
19.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Təcrübə-Sənaye zavodunda ümumzavod iməcliyi keçirilib

AMEA Təcrübə-Sənaye zavodunda ümumzavod iməcliyi keçirilib.

İməclik zamanı zavodun bütün sex və sahələrinin ərazilərində geniş abadlıq, təmizlik işləri aparılıb, yaşıllıq sahələrində yeni ağaclar əkilib. Texnoloji qurğularda, operator otaqlarında abadlıq işləri ilə yanaşı, həm də rəngləmə işləri yerinə yetirilib.

Yaz-yay mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə zavod ərazisi qurumuş otlardan və qamışlardan təmizlənib.

İməclikdə zavod rəhbərliyi də daxil olmaqla kollektivin bütün üzvləri fəal iştrak edib. Təcrübə-Sənaye zavodunda yaxın vaxtlarda daha bir neçə iməcliyin keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: