Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq konfransda Azərbaycanda radonla bağlı aparılan tədqiqatların nəticələri müzakirə edilib
09.10.2018 15:11
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda Azərbaycanda radonla bağlı aparılan tədqiqatların nəticələri müzakirə edilib

AMEA Geologiya və Geofizika İnstitutunun Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkbər Feyzullayev və Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev İsveçrənin Luqano şəhərində “ERA Radon Week 2018” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Azərbaycan alimlərinin “Radon və uzunömürlülər (Azərbaycanın timsalında)” mövzusunda məruzəsi konfrans iştirakçılarının böyük marağına səbəb olub. Məruzədə Azərbaycanda radon problemi üzrə aparılan tədqiqatların nəticələrindən bəhs olunub, gələcəkdə Avropa ölkələrinin təcrübəsindən istifadə etməklə bu tədqiqatların davamının planlaşdırıldığı bildirilib.

Konfransda yaşayış, ictimai və iş yerlərinin havasında radonun konsentrasiya səviyyəsinin yol verilən həddi üzrə normalar və radonla əlaqədar tikinti standartları, radon qazının geoloji şəraitlə bağlılığı, əhalinin radon təhlükəsi barədə maarifləndirilməsi və s. məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: