Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Geologiya və Geofizika İnstitutunun nümayəndə heyəti Avstriyada səfərdədir
16.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya və Geofizika İnstitutunun nümayəndə heyəti Avstriyada səfərdədir

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) əməkdaşları Vyanada Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (NSHQOMT) milli məlumat mərkəzlərinin toplantısında iştirak edir. Təşkilatın GGİ-də yerləşən Azərbaycan üzrə Milli Məlumat Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müavini, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev ölkəmizdə aparılmış müvafiq tədqiqatların nəticələrinə dair məruzə ilə çıxış ediblər.

Yığıncaqda seysmoloji və geoloji proseslərin təhlilləri əsasında nüvə sınaqlarına oxşar bütün təzahürlər üzrə fasiləsiz və etibarlı texniki məlumatların alınması istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb. Toplantıda Yer təkinin titrəməsi hadisəsinin nüvə partlayışı olub-olmamasının müəyyənləşdirməsinə dair yeni yanaşma və metodlar müzakirə olunur.

Azərbaycan alimləri səfər çərçivəsində NSHQOMT-nın icraçı katibi Lassina Zerbo, Avstriyanın Milli Məlumat Mərkəzinin rəhbəri Volfqanq Lenhard, Mərkəzlərin Texniki Məsələlər üzrə Katibliyinin rəhbəri Martin Kalinovski ilə görüşüblər. Həmçinin, Avstriya Elmlər Akademiyanın prezidenti Anton Zeylinger və Rəyasət Heyətinin üzvləri ilə də görüş nəzərdə tutulur.

Səfər mayın 18-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: