M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış ədəbiyyatşünas alim, mətnşünas, şərqşünas, şair və tərcüməçi, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açılıb.
Sərgidə ədəbiyyatşünas alimin müəllifi olduğu əsərlər, redaktə və tərcümə etdiyi, elmi məsləhətçisi olduğu kitablar, onun haqqında yazılan qəzet və jurnal materialları nümayiş edilir.
Sərgi bir həftə davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.