Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Görkəmli rus şairi Sergey Yeseninin 123-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib
04.10.2018 09:40
  • A-
  • A
  • A+

Görkəmli rus şairi Sergey Yeseninin 123-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Oktyabrın 3-də AMEA Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 123-cü ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, “Sergey Yesenin” adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər.

Mərasimdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzakət İbadova görkəmli rus şairi S.Yeseninin zəngin yaradıcılığından, onun Bakı həyatı ilə bağlı tarixi faktlardan söhbət açıb.

Daha sonra tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edilib, onun sözlərinə bəstələnən mahnılar ifa olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: