Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların bərpası üçün müzakirələr aparılıb
04.10.2018 09:18
  • A-
  • A
  • A+

Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların bərpası üçün müzakirələr aparılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya idarəsinin rəisi Azər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların həm sənaye, həm də kənd təsərrüfatında istifadəsi üçün rekultivasiyası, eləcə də münbitliyi bərpa etmək məsələləri müzakirə olunub.

Görüşdə AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya rəhbəri, professor Nəriman İsmayılov, Coğrafiya İnstitutunun aparıcı baş elmi işçisi, a.e.ü.f.d, dosent Qəşəm Yaqubov, TAİ-nin Torpaqların rekultivasiyası laboratoriyasının rəhbəri, a.e.ü.f.d, dosent Fərhad Sadıqov, SOCAR-ın Texniki istehsalat şöbəsinin rəisi Rüstəm Rüstəmzadə, Ekologiya idarəsinin baş mühəndisi Yaqub Ağasıyev və digərləri çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda iki qurum arasında gələcəkdə görüləcək işlər barədə müqavilənin bağlanması qərarlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: