www.science.az
03.10.2018 09:33

Günəş sistemindən kənarda yeni cırtdan planet aşkarlanıb

Astronomlar Günəş sistemində sirli “iks planetini” tapmağa çalışarkən daha bir cırtdan planet aşkar ediblər.

Vaşinqtonda yerləşən Karnegi Elmlər İnstitutundan Skot Şeppard bildirib ki, bu cür planetləri mahiyyətcə kosmik yol işarəsi adlandırmaq olar. Onun sözlərinə görə, bunlar “iks planetinə” yolu göstərir. Onlardan nə qədər çox tapılarsa, Günəş sisteminin ətrafının quruluşunu bir o qədər çox öyrənmək olar.

Son illər alimlər Günəş sisteminin kənarında bir neçə cırtdan planet və obyekt aşkar etməklə Neptun və Pluton orbitlərindən kənarda “həyatın” sona çatmadığını, daha böyük məsafədə nəhəng səma cisimlərinə rast gəlməyin mümkünlüyünü sübut ediblər. Belə ki, 2014-cü ildə S.Şeppard və onun həmkarı Çad Truxilo Günəşdən 12 milyard kilometr məsafədə Bayden plutoidi, 2015-ci ildə daha uzaq məsafədə V774104 planetini kəşf ediblər.

www.ria.ru