Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.10.2018 13:12
  • A-
  • A
  • A+

“Turan Cavid - 95” mövzusunda elmi sessiya keçirilib

“Turan Cavid - 95” mövzusunda elmi sessiya keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində “Turan Cavid - 95” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq rəhbərlik etdiyi müəssisənin Turan Cavidin təşəbbüsü ilə qurulduğunu bildirib. Qeyd edib ki, Naxçıvanda H.Cavid məqbərəsinin və heykəlinin ucaldılması, eləcə də ədibin külliyatının orijinal variantına qaytarılmasında ulu öndər Heydər Əliyevin və Turan Cavidin mühüm xidmətləri olub.

Sonra AR Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi, fil.ü.e.d. Sona Vəliyeva çıxış edərək T.Cavidin həyat və yaradıcılığından danışıb, muzeyin Cavidlər ailəsinin xatirəsinin əbədiləşdirildiyi məkan olduğunu söyləyib.

Daha sonra tədbir iştirakçıları T.Cavidin çoxşaxəli fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: