Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Mayın 16-da Muzeydə “Dost ellərin hədiyyələri” sərgisi açılacaq
15.05.2014 00:00
  • A-
  • A
  • A+

Mayın 16-da Muzeydə “Dost ellərin hədiyyələri” sərgisi açılacaq

Mayın 16-da saat 16:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dost ellərin hədiyyələri” sərgisinin açılış mərasimi olacaq.

Sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat – Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyələr nümayiş olunacaq.

Qeyd edək ki, belə sərgi ilk dəfədir ki muzeydə təşkil olunur.

Ümumiyyətlə, muzeyin kolleksiyasında xarici ölkələrin 800-dən artıq eksponatı qonumaqdadır. Onlardan sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat nümayiş olunacaq.

Sərgi sentyabrın 1-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: