Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“AMEA Naxçıvan Bölməsi - 2017” biblioqrafiq göstəricisi işıq üzü görüb
02.10.2018 11:50
  • A-
  • A
  • A+

“AMEA Naxçıvan Bölməsi - 2017” biblioqrafiq göstəricisi işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Elmi-təşkilat şöbəsi tərəfindən “AMEA Naxçıvan Bölməsi - 2017” biblioqrafiq göstəricisi çap olunub.

Bölmə əməkdaşlarının 2017-ci ildəki elmi fəaliyyətinin işıqlandırıldığı vəsaitin məsləhətçisi və redaktoru akademik İsmayıl Hacıyevdir.

Nəşrin I hissəsində bölmə əməkdaşların Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında və xarici ölkələrdə çap olunan elmi əsərləri, II hissəsində isə “Köməkçi göstəriciləri” adlı bölmədə əsər başlıqlarının, müəlliflərin əlifba göstəriciləri verilib.

Qeyd edək ki, 2017-ci ildə bölmə tərəfindən 33 monoqrafiya, 17 kitab, 2 atlas, 2 dərslik, 2 metodik vəsait, 705 elmi məqalə, 6 tezis olmaqla, ümumilikdə 767 elmi əsər işıq üzü görüb. Biblioqrafik göstəriciyə 1027 mənbə daxil edilib ki, onlardan 57-si kitab, 970-i məqalədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: