Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan yeni ədəbiyyatların sərgisi nümayiş etdirilir
15.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan yeni ədəbiyyatların sərgisi nümayiş etdirilir

AMEA Mərkəzi Elmi Kitabxanasına müxtəlif elm sahələri üzrə əsasən tarix və ədəbiyyatşünaslığa dair əsərlərin üstünlük təşkil etdiyi 500-dən çox monoqrafiya, əsərlər külliyatı, seçilmiş əsərlər, biblioqrafik, məlumat xarakterli və s. daxil olub. Sərgidə “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisinin 2 cildliyi, Əbdürrəhman bin Nasirin 7 cilddən ibarət Əs-Səədi “Müqəddəs Quran təfsiri”, Mir Cəlalın əsərlərinin 5 cildliyi, Gülşən Əliyeva-Kəngərlinin “Sufizm”, “Quba-Şabran folklor örnəkləri”, Xəlil Rza Ulutürkün “Məqsud Şeyxzadə və Azərbaycan dəftəri” və digər müəlliflərin əsərləri, o cümlədən bir çox monoqrafiya və ədəbiyyatşünaslığın müxtəlif sahələrinə dair digər nəşrlər nümayiş olunub. Həmçinin burada ədəbiyyat, elm və təhsil, mədəniyyət, maarif, texnika və s. elm sahələrindən bəhs edən nəşrlər öz əksini tapıb.

Kitabxanaya daxil olan ədəbiyyatlar Azərbaycan, rus və ingilis dillərindədir.

Qeyd edək ki, sərgi may ayının sonunadək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: