Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ümumi yerşünaslıq” dərs vəsaiti yenidən nəşr olunub
29.09.2018 15:11
  • A-
  • A
  • A+

“Ümumi yerşünaslıq” dərs vəsaiti yenidən nəşr olunub

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən “Ümumi yerşünaslıq” adlı dərs vəsaitinin yeni nəşri rus dilində çapdan çıxıb.

Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazərin müəllifi olduğu kitabın baş elmi redaktoru akademik Akif Əlizadə, elmi redaktoru akademik Ramiz Məmmədovdur.

Çoxlu sayda şəkil, cədvəl, xəritələrlə müşayiət olunan dərs vəsaiti altı hissədən və 20 fəsildən ibarətdir. Dərslikdə ümumi yerşünaslığın obyekti və vəzifələri nəzərdən keçirilir, Yer kürəsinin quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə - geosferin xüsusiyyətləri haqqında məlumat verilir. Vəsaitdə Günəş sisteminin yaranması, litosfer, Yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, atmosfer, hidrosfer, qurunun suları, biosfer, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında geniş məlumat almaq mümkündür.

Dərs vəsaiti ali məktəblərin coğrafiya fakültəsində təhsil alan tələbə və doktorantlar, müəllimlər, eləcə də xüsusi ixtisas təhsili olmayan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: