Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib
28.09.2018 10:07
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər I beynəlxalq konfransının (First International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI 2019) proqram komitəsinin üzvü seçilib.

20-22 mart 2019-cu il tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt alqoritmləri, hibrit intellektual sistemlər, qeyri-səlis məntiq və sistemləri, süni neyron şəbəkələri, virtual və əlavə reallıq, maşın təlimi, siqnalların emalının nəzəriyyə və metodları və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: