Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Muxtar Respublikasının faunasına dair yeni nəşr
27.09.2018 14:56
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasının faunasına dair yeni nəşr

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, biologiya üzrə fəlsəfə doktorları Akif Bayramov, Arzu Məmmədov, Mahir Məhərrəmov və Tapdıq Məmmədovun həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar” kitabı işıq üzü görüb.

Yeni nəşrdə Naxçıvan Muxtar Respublikasında onurğalılar faunasına daxil olan balıqlar və suda-quruda yaşayanlar siniflərinə mənsub növlərin təkamül tarixi, yayılması, ekologiyası, müasir sistemik vəziyyəti və təsərrüfat əhəmiyyətinə dair son 15 ildə əsaslı aparılmış zooloji tədqiqat işlərinin nəticələri əks olunub.

Kitabda bu bölgənin müxtəlif tipli sututarlarında yayılmış bütün balıq, suda-quruda yaşayan növlərin ərazinin yüksəklik qurşaqları üzrə paylanması qanunauyğunluqları, say dinamikası, həyat fəaliyyətinin müxtəlif aspektləri və mühafizə tədbirləri haqqında məlumatlar da yer alıb.

Aparılan tədqiqatlar nəticəsində hazırda Naxçıvan faunasında 400 onurğalı heyvan növü müəyyən edilib. Aşkar olunan 32 balıq növündən 1-i və 7 suda-quruda yaşayan növdən 1-i nadir növ hesab edilir.

Nəşrdən zooloq, bioloq-ekoloq və balıqçılıq təsərrüfatının mütəxəssisləri, həmçinin universitetlərin biologiya fakültəsinin müəllim və tələbələri faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: