Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Shaw” mükafatının təqdimetmə mərasimi keçirilib
26.09.2018 15:02
  • A-
  • A
  • A+

“Shaw” mükafatının təqdimetmə mərasimi keçirilib

26 sentyabr 2018-ci il tarixində Hong Kong Konqres və Sərgi Mərkəzində “Shaw” mükafatının təqdimetmə mərasimi keçirilib.

Mükafatın builki qalibləri astranomiya sahəsi üzrə fransız asrtofiziki Jean-Loup Puget submillimetrli spektral diapazonunda infraqırmızı astronomiyaya verdiyi töhfələrinə görə, tibb və yer elmləri sahəsi üzrə amerikalı alim Meri-Kler King riyazi modelləşdirmədən istifadə edərək döş xərçənginin ilk genini təsvir etdiyinə görə layiq görülüblər.

Həmçinin riyaziyyat sahəsi üzrə amerikalı riyaziyyatçı Luis Caffarelli diferensial tənliklər istiqamətində qabaqcıl tədqiqatlarına, o cümlədən qeyri-xətti tənliklər üçün müntəzəmlik nəzəriyyəsini yaratdığına görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, 2002-ci ildə xeyriyyəçi Şao Yifu tərəfindən təsis edilən “Shaw” mükafatı astranomiya, riyaziyyat, yer elmləri və tibb sahəsində kəşflər və nailiyyətlər əldə etmiş alimlərə verilir.  Hər bir mükafatın məbləği bir milyon iki yüz min ABŞ dolları həcmindədir.

Şao mükafatına "Şərqi Nobel mükafatı" da deyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: