Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü İbrahim Əzizov beynəlxalq konfransda diploma layiq görülüb
26.09.2018 14:53
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İbrahim Əzizov beynəlxalq konfransda diploma layiq görülüb

Ukraynanın Yaremçe şəhərində “Orqanizmlərin eksperimental təkamülünün  amilləri” mövzusunda XIII beynəlxalq konfrans keçirilib.

Tədbir N.İ.Vavilov adına Ukrayna Genetikləri və Seleksiyaçıları Cəmiyyəti, Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Molekulyar Biologiya və Genetiklər İnstitutu və İvano-Frankovsk Milli Tibb Universitetinin Tibbi biologiya və tibbi genetika kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.

UMEA-nın yaradılmasının 100 illiyinə həsr olunan konfransda ölkəmizi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov təmsil edib.

Azərbaycanlı alim tədbirdə “Natrium xlorid duzunun yumşaq buğda genotiplərinin morfoloji xüsusiyyətlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. İ.Əzizovun çıxışı konfransda təşkil olunan komissiya tərəfindən ən yaxşı məruzə kimi qiymətləndirilib və diploma layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: