Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Xalq yazıçısı Anar “Üzeyir Hacıbəyli” medalı ilə təltif olunub
25.09.2018 11:58
  • A-
  • A
  • A+

Xalq yazıçısı Anar “Üzeyir Hacıbəyli” medalı ilə təltif olunub

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” medalı ilə təltif olunub.

Medalı AYB sədrinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə təqdim edib.

O, Xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatında müstəsna xidmətlərindən danışıb, onun musiqi tariximizdə əhəmiyyətli işlərini diqqətə çatdırıb. Anarın ssenarisi və quruluşçu rejissorluğu ilə lentə alınan “Uzun ömrün akkordları” bədii-sənədli filmindən bəhs edən F.Əlizadə bildirib ki, Azərbaycan kinematoqrafiyasında dahi Üzeyir bəyin obrazı ilk dəfə onun təşəbbüsü ilə ekranlara çıxıb: "Bu səbəbdən biz - Bəstəkarlar İttifaqı olaraq yeni təsis etdiyimiz “Üzeyir Hacıbəyli” medalının böyük yazıçımız Anara verilməsi barədə qərar qəbul etdik. Bu film böyük ehtiramın göstəricisidir".

Mükafata görə təşəkkür edən Xalq yazıçısı Anar bu medalın onun üçün böyük önəm daşıdığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: