Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb
20.09.2018 11:36
  • A-
  • A
  • A+

“Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Gəncə Bölməsində ildə dörd dəfə çap olunan “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb.

Təbiət və texniki elmlər sahəsini əhatə edən jurnalın yeni sayında elm və təhsil müəssisələrində çalışan əməkdaşların apardıqları tədqiqatların nəticələri təbabət və biologiya, kimya və ekologiya, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, fizika-riyaziyyat bölmələrində işıqlandırılıb.

Jurnalda “Kiçik Qafqazın yüksək dağlığında rast gəlinən bəzi yabanı taxılların fitosenotik qiymətləndirilməsi”, “Gəncə-Qazax bölgəsinin qarğıdalı əkinlərində alaq otlarının növ tərkibi”, “Müxtəlif sistemlərdə saxlanılan faraon bildirçin ətinin dequstasiyası”, “B-oksietilhidrozonlarının alifatik və aromatik aldehidlərlə tsiklləşməsi”, “Azərbaycanın Qərb bölgəsinin fermer və şəxsi təsərrüfatlarında qaramalın hemosporidiozlarının sistematikası və törədicilərinin morfologiyasının öyrənilməsi” və digər başlıqlı məqalələr əksini tapıb.

Müəlliflərin istifadə etdiyi mövzu ilə bağlı elmi mənbələrə istinadların ədəbiyyat siyahısı da jurnalda göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: