Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.09.2018 16:22
  • A-
  • A
  • A+

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bir qrup tələbəsi AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyevlə görüşdə tələbələrə müəssisənin yaranma tarixi, əsas elmi istiqamətləri, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər, eləcə də burada çalışmış görkəmli alimlər barədə məlumat verilib.

D.Tağıyev bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifənin - aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi və yüksək ixtisaslı kadrların hazırlanması olduğunu bildirib. Qeyd edib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. O, həmçinin akademiyanın magistratura pilləsində təhsil almaq istəyənlərin sayının ildən ilə artdığını bildirib.

Alim daha sonra tələbələrin suallarını cavablandırıb.

Sonda tələbələr institutda bir sıra laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: