Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Asəf Hacıyev Çində elmi ezamiyyətdə olub
18.09.2018 15:21
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyev Çində elmi ezamiyyətdə olub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev 11-15 sentyabr 2018-ci il tarixlərində Çinin Siçuan Universitetinin dəvəti ilə bu ölkədə elmi ezamiyyətdə olub.

O, Siçuan Universitetində “Stoxastik maliyyə riyaziyyatının əsasları” mövzusunda məruzə ilə çıxış edib.

Alim üzvü olduğu Siçuan Universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurasının üçüncü plenar iclasında da iştirak edib. Akademik A.Hacıyev iclasda Azərbaycanda müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlar, qarşıda duran vəzifələr, eyni zamanda son illər AMEA-da həyata keçirilən çoxşaxəli islahatlardan danışıb.

Qeyd edək ki, Siçuan Universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurası 2016-cı ildə yaradılıb. Şuranın tərkibinə dünyanın 40-a yaxın aparıcı elm xadimi, o cümlədən 3 Nobel mükafatçısı, tanınmış elmi mərkəzlərin alimləri daxildir. Şuranın məqsədi tədbirlər planı hazırlayıb, Çinin Siçuan Universitetini dünyanın aparıcı ali təhsil qurumlarının sırasına daxil etməkdir.

Azərbaycanlı alim səfər çərçivəsində, həmçinin Nobel mükafatı laureatı S.Chao Chung Tinglə də görüşüb. Görüşdə Azərbaycanın elmi müəssisələrində aparılan araşdırmaların yeni innovativ yolları, elm sahəsində müasir texnoloji yeniliklərin tətbiqi və digər məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: