www.science.az
14.09.2018 20:43

Akademik Abel Məhərrəmov nüfuzlu beynəlxalq konfransın elm komitəsinin üzvü seçilib

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov nüfuzlu beynəlxalq konfransının elm komitəsinin üzvü seçilib.

2019-cu il iyunun 16-dan 20-dək Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək. Konfrans Avropa Kimya Elmləri Cəmiyyətinin kimya və ətraf mühit bölməsi ilə Yunanıstan Kimyaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq. Bu nüfuzlu konfransın elm komitəsində dünyanın müxtəlif ölkələrindən ən tanınmış alimlər təmsil olunurlar. BDU-nun rektoru, akademik Abel Məhərrəmov da bu komitəyə daxil edilib.

Konfrans barədə http://icce2019.org/ saytı vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.