Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İnformasiya Texnologiyaları İnstitutunda 2018/2019-cu tədris ili üzrə qəbul olunmuş magistrant və doktorantlarla görüş keçirilib
14.09.2018 09:50
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda 2018/2019-cu tədris ili üzrə qəbul olunmuş magistrant və doktorantlarla görüş keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2018/2019-cu tədris ili üzrə qurumun magistrantura və doktoranturasına qəbul olunmuş magistrant və doktorantlar ilə görüş keçirilib.

Tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev magistrant və doktorantlara yeni tədris ilində uğurlar arzulayıb. İnstitutda magistratura təhsilinin artıq üçüncü ildir təşkil olunduğunu deyən alim qurumda yeni tədris ili üçün magistratura pilləsinə qəbul üzrə keçirilmiş müsabiqə haqqında məlumat verib. Cari ildə magistratura pilləsinə altı yerin ayrıldığı, doktorantura pilləsinə isə üç doktorantın qəbul olunduğu diqqətə çatdırılıb.

Akademik R.Əliquliyev gənc kadrların elmi fəaliyyətinin daha səmərəli təşkili üçün institutda hər cür şəraitin yaradıldığını bildirərək qeyd edib ki, qurumda təhsil alacaq magistrant və doktorantların hər biri ilə fərdi qaydada işləmək, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün imkanlar yaratmaq təhsil prosesinin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edən əsas amillərdir.

İnstitut direktoru qurumun magistratura və doktoranturasına qəbul olunmuş gənclərin ixtisasları üzrə dərin biliklərə yiyələnəcəklərini, təhsil aldıqları müddətdə işlə təmin olunacaqlarını, eləcə də onların dünyanın nüfuzlu elmi-tədqiqat müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılacağını nəzərə çatdırıb.

Alim, həmçinin magistrantların xarici dil biliklərinin təkmilləşdirilməsi məqsədilə qurumda təşkil edilən ingilis dili üzrə kurslara cəlb olunmalarının vacibliyini vurğulayıb.

Sonda müzakirələr aparılıb, magistrant və doktorantların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: