www.science.az
14.09.2018 09:47

Akademik Kamal Abdullayev Nardaran məktəblilərinə mühazirə oxuyacaq

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev 15 sentyabr – “Bilik günü”ndə orta məktəbdə şagirdlərə mühazirə oxuyacaq.

Yeni tədris ilində akademikin mühazirə oxuyacağı təhsil müəssisəsi Nardaran qəsəbəsindəki 295 nömrəli orta məktəbdir. 

Akademik K.Abdullayevin oxuyacağı mühazirə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusuna həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.