www.science.az
13.09.2018 12:42

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı Livanda nəşr edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı Livanın paytaxtı Beyrut şəhərindəki “Delta” Dərin Araşdırmalar Mərkəzində çapdan çıxıb.

Kitabı ərəb dilinə Əlcəzair Milli Araşdırmalar Mərkəzinin professoru Zəim Xənişlavi tərcümə edib.

Nəşrdə Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.