Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutu "Azərsun Holdinq" MMC ilə əməkdaşlıq edəcək
13.09.2018 11:03
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutu "Azərsun Holdinq" MMC ilə əməkdaşlıq edəcək

"Azərsun Holdinq" MMC-nin baş direktorunun aqrar məsələr üzrə müavini Tofiq Qocayev, Akkreditasiya və Nostrifikasiya İdarəsinin nümayəndəsi Qasım Hüseynov və laboratoriya müdiri Cəmil Ələkbərov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) olublar.

Məqsəd institutun kənd təsərrüfatı sahəsində apardığı tədqiqatlarla tanışlıq olub.

TAİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə qonaqlara müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər haqqında məlumat verilib.

Danışıqlar nəticəsində "Azərsun Holdinq" MMC ilə birgə əməkdaşlığa dair ilkin razılaşma əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: