Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada dörd medal qazanıblar
10.09.2018 09:20
  • A-
  • A
  • A+

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada dörd medal qazanıblar

Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən III Beynəlxalq Meqapolis Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər fərdi və komanda yarışlarında uğurla çıxış ediblər.

Olimpiadada kimya fənni üzrə kimya-biologiya respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat üzrə gümüş medala layiq görülüb. Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin 10-cu sinif şagirdi İbrahim Tağızadə isə informatika fənni üzrə bürünc medal əldə edib.

Qeyd edək ki, beynəlxalq tədbirə olimpiada nailiyyətləri ilə seçilən ölkələrdən iştirakçılar qatılıb. Olimpiada dörd fərqli fənn (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. Burada iştirak edən şagirdlər fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər.

İlk dəfə 2017-ci ildə bu beynəlxalq olimpiadaya qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: