Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsində ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
07.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsində ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın 6-da AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Zamanı qabaqlayan dahi” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycanı iki iqtisadi-ictimai formasiyada idarə etdiyini bildirib: “Ulu öndər hakimiyyətinin keçmiş Sovet İttifaqı dövrünə təsadüf edən birinci mərhələsində iqtisadi baxımdan zəif aqrar ölkə olan Azərbaycanı inkişaf etdirərək sənaye ölkəsinə çevirmiş, müstəqilliyin təməlini qoymuşdur. İkinci mərhələdə isə dağılmaqda olan ölkəni xilas etmişdir. Azərbaycanın müstəqilliyini qorumuş və onu sabit inkişaf yoluna çıxarmışdır”.

Daha sonar bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərlinin “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasirlik” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə bildirilib ki, ulu öndər Heydər Əliyevin böyük dühası, siyasi iradəsi, dövlətçilik qüdrəti sayəsində Azərbaycan xalqı XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini yenidən qazana bilmiş və bu dövləti qoruyub möhkəmləndirmək, daha da inkişaf etdirmək imkanları əldə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.nizamimuseum.az saytına istinad zəruridir.
  • Paylaş: