Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tibbə dair əlyazmalar kataloqu” nəşrə hazırlanıb
13.08.2018 09:15
  • A-
  • A
  • A+

“Tibbə dair əlyazmalar kataloqu” nəşrə hazırlanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Tibbə dair əlyazmalar kataloqu” nəşrə hazırlanıb.

Kataloqun tərtibçiləri institutun elmi işçiləri - Zenfira Məmmədova və Elnurə Babayeva, elmi redaktoru isə müəssisənin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Nəşrdə Azərbaycan, türk, ərəb, fars dillərində tibbə dair toplanmış əlyazmalar haqqında məlumatlar verilib.

Vəsaitdə ümumilikdə Azərbaycan, orta və yaxın Şərq alimlərinin 453 əsərinin əlyazmaları barədə məlumatlar əksini tapıb, eləcə də Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” əsərinin 1143-cü ildə köçürülmüş əlyazması yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: