Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

09.08.2018 12:26
  • A-
  • A
  • A+

"Türkologiya" kitabının təqdimatı keçirilib

"Türkologiya" kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə işıq üzü görən "Türkologiya" kitabının təqdimatı keçirilib.

Nəşrin müəllifləri – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli və iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli, elmi redaktoru AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur.

Azərbaycanda Atatürk Mərkəzində baş tutan təqdimetmə mərasimində N.Cəfərov, E.Qəribli, "Türk Dünyası İnfo" İB-nin sədri Dəyanət Osmanlı, professor Minəxanım Təkləli, iqtisad elmləri doktoru Əməd Qəşəmoğlu, filologiya elmləri üzrə fəlsəfə doktoru Leyla Məmmədəliyeva və digərləri çıxış edərək nəşrin müasir  türkoloji araşdırma materialı kimi önəmindən danışıblar. Qeyd olunub ki, Azərbaycan türkoloji düşüncəsi elmi-mədəni baxımdan, türk xalqlarınıın birlik arzularının həyata keçməsində mühüm amillərdən biridir. Kitabda türklər haqqındakı elmin əsas problemləri, türklərin mənşəyi, qədim türklər, türklərin diferensiasiyası, türk xalqlarının təşəkkülü və türk dünyasında inteqrasiya məsələləri elmi ideoloji baxımından ətraflı şəkildə araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: