Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin və İvan Qriqoryevin XIX əsrdə tərtib etdiyi “Kitabi-türki (Türk dili kitabı)” adlı dərslik ilk dəfə işıq üzü görüb.
Kitabı çapa AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli hazırlayıb.
M.Ş.Vazehin nəsr yaradıcılığının müstəsna toplusu olan vəsaitdə hikmətlər, nəsihətlər, məzhəkələr və hekayələr yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.