Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Xurşidbanu Natəvan haqqında film çəkmək məqsədilə belçikalı rejissor Əlyazmalar İnstitutunda olub
19.07.2018 09:32
  • A-
  • A
  • A+

Xurşidbanu Natəvan haqqında film çəkmək məqsədilə belçikalı rejissor Əlyazmalar İnstitutunda olub

İyul ayının 18-də belçikalı rejissor Mişel İvo AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib. O, institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşüb.

Belçikalı rejissor görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək niyyətində olduğunu bildirib. Bu məqsədlə o, Natəvanın əsərlərinin Əlyazmalar İnstitutunda saxlanan əlyazmaları, ona dair sənədlər, eləcə də şairin rəsmli albomu ilə tanış olub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: