Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
02.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA İdarəetmə Sistemləri İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclasda Budapeştdə (Macarıstan) yerləşən Debresen Universitetinin “İnformatika sistemləri və şəbəkələri” kafedrasının professoru Yanos Strikin “CoqİnfoCom sistemlərində xidmət şəbəkəsinin sıradan çıxmasının təsirini öyrənmək üçün kütləvi xidmət modeli” adlı məruzə ilə çıxış edib.

Sonra “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər inkişaf konsepsiyası” müzakirə olunub. Konsepsiyanın zamanın tələbinə uyğun olaraq yüksək səviyyədə hazırlandığını söyləyən natiqlər ölkəmizdə elmin inkişafına təkan verə biləcək bu sənədə əlavələr edilməsi ilə bağlı təkliflər səsləndiriblər. AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Asəf Hacıyev, institutun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru, professor Oqtay Nüsrətov, riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Paşayev, fizika-riyaziyyat üzrə elmlər doktoru, professorlar Tamilla Nəsirova və Knyaz Məmmədov, iqtisad üzrə elmlər doktoru Qorxmaz İmanov, Gənc alim və mütəxəssislər şurasının sədri Samir Rüstəmov və başqaları təkliflərlə çıxış ediblər.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: