Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyəli alimlər AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar
04.07.2018 14:44
  • A-
  • A
  • A+

Türkiyəli alimlər AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar

Türkiyənin Afyon Kocatepe Universitetinin Təhsil fakültəsinin professoru Hakkı Yazıcı və Sibel Yazıcı AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar.

Qonaqlara görkəmli filosof-şair Hüseyn Cavidin həyat yolu, zəngin yaradıcılığı və ədibin ailə üzvlərinin taleyi barədə məlumat verilib. Bundan əlavə, H.Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və digər əsərləri haqqında fikir mübadiləsi aparılıb.

Türkiyəli alimlərlə görüşdə, həmçinin muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”) haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: