Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfə
12.06.2018 15:08
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfə

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı “XAN” nəşriyyatında çapdan çıxıb.

Kitabın elmi redaktoru akademik Kamal Abdullayev, rəyçiləri akademik Möhsün Nağısoylu və professor Adil Babayevdir. Nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri, dil haqqında qəbul olunmuş qərarlar və onların cəmiyyətdə əks-sədası, parlamentin rəsmi dili kimi maraqlı məsələlər arxiv materialları və o dövrün stenoqrafik hesabatları əsasında işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: