Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Astanada keçirilən beynəlxalq elmi konfransda iştirak edib
30.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Astanada keçirilən beynəlxalq elmi konfransda iştirak edib

22-24 aprel 2014-cü il tarixlərdə Astana şəhərində (Qazaxıstan) görkəmli qazax arxeoloqu K.A.Akişevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov “İssık yazısının oxunuşu” adlı məruzə ilə çıxış edib.

1969-1970-ci illərdə tədqiqat zamanı aşkar edilmiş üzərində runik əlifba ilə yazı olan gümüş camın üzərindəki yazılar bu günədək tanınmış dilçi alimlər tərəfindən oxunmağa cəhd edilib. Zaur Həsənovun təqdim etdiyi oxunuş versiyasına görə İssık yazısı qədim türk dilində yazılıb və mərhum sak şahzadəsinin xatirəsinə ithaf edilib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Z.Həsənovun çıxışı haqqında məlumat L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin rəsmi saytında (www.enu.kz) verilib.

Qeyd edək ki, beynəlxalq elmi konfransda Türkiyə, Qırğızıstan, Özbəkistan, Rusiya, Litva, Yaponiya, İtaliyanın görkəmli arxeoloq, tarixçi, etnoloq və dilçiləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: