Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İrəvan-100” adlı kitab işıq üzü görüb
11.06.2018 16:18
  • A-
  • A
  • A+

“İrəvan-100” adlı kitab işıq üzü görüb

AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxıb.

Nəşr Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Britaniyanın arxiv sənədləri, tədqiqatlar əsasında hazırlanıb. Nadir fotolar və xəritələrin yer aldığı kitab “Erməni psixologiyası” və “Erməni xəstəliyi” bölmələri ilə başlayır. Müəllif bu mövzulara müraciət etməklə Azərbaycan xalqına düşmən kəsilən ermənilərin psixoloji və tibbi durumunu tədqiq edib. Bu hissənin hazırlanmasında həm xarici, həm də yerli psixoloq və həkimlərlə müzakirələr aparılıb.

Kitabda “İrəvanın tarixi”, “Gülüstan müqaviləsi (1813)”, “Türkmənçay müqaviləsi (1828)”, “Batum konfransı və beynəlxalq münasibətlər”, “Cənubi Qafqazda böyük güclərin maraqları” və “İrəvanın güzəşti” mövzularında məlumatlar yer alıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında sonradan İrəvanın taleyi və hüququ statusu ilə bağlı danışıqlar və sənədlər öz əksini tapıb.

Yeni nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: