Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elmi resursları səfərbər etməklə aqrar sahədəki problemlərin həllinə nail olmaq mümkündür
08.06.2018 13:45
  • A-
  • A
  • A+

Elmi resursları səfərbər etməklə aqrar sahədəki problemlərin həllinə nail olmaq mümkündür

Ölkəmizdə aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə sosial-iqtisadi göstəricilər yüksəlib.

Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında çıxışı zamanı deyib.

Nazir bildirib ki, kənd təsərrüfatı sahəsi ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır. Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axınının qarşısının alınması məsələsi də qarşıda duran əsas vəzifələrdəndir. Nazirliyin qarşısında üç əsas prinsip qoyulub. Bunlar kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirməkdir.

İnam Kərimov diqqətə çatdırıb ki, hazırda nazirlik fəaliyyətini beş əsas istiqamət üzrə inkişaf etdirir: “Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi əsas istiqamətlərdəndir. Elmi resursları səfərbər etməklə aqrar sahədəki problemlərin həllinə nail olmaq mümkündür. Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: