Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Zoologiya İnstitutunun əməkdaşları Beynəlxalq İstanbul Veterinar Qrupu Konqresində iştirak edib
30.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Zoologiya İnstitutunun əməkdaşları Beynəlxalq İstanbul Veterinar Qrupu Konqresində iştirak edib

AMEA Zoologiya İnstitutunun əməkdaşları Beynəlxalq İstanbul Veterinar Qrupu Konqresində (İVQK) iştirak edib.

Tədbirdə institutun Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının böyük elmi işçisi, biologiya elmləri doktoru Şəfiqə Topçuyeva, biologiya üzrə fəlsəfə doktoru Jalə Həsənova və elmi işçi Sevda Səmədova “Ev quşlarının koksidiozu (Apicomplexa, Coccidia, Eimeriidae) və dərman bitkilərinin ona təsiri” mövzusunda müzakirələrdə iştirak edərək sualları cavablandırıblar.

İstanbul Tibb Universiteti Baytarlıq fakültəsi və İVQK tərəfindən təşkil olunan konfransda Azərbaycanla yanaşı, Rusiya, Makedoniya, Qazaxıstan, Bosniya və Herseqovinadan da mütəxəssislər iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: