Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Azərbaycan dilinin semantikası və ikinci nominasiya məsələləri" məqalələr toplusu işıq üzü görüb
08.06.2018 12:20
  • A-
  • A
  • A+

"Azərbaycan dilinin semantikası və ikinci nominasiya məsələləri" məqalələr toplusu işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən "Azərbaycan dilinin semantikası və ikinci nominasiya məsələləri" məqalələr toplusu çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitab institutun Müasir Azərbaycan dili şöbəsində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunudur. 

Vəsaitin elmi redaktoru professor İ.Kazımov, rəyçiləri, dosentlər - N.Hacıyeva və İ.Salehovadır.

Məqalələrin bir çoxunda leksik-semantika, konsept, fonosemantika, lokativlik və digər məsələlər öz əksini tapıb. Topluda dil vahidləri - şəxs adları, ləqəb, təxəllüs, imza kimi ikinci nominasiya məsələləri onomoloji aspektdə təhlil olunur.   

Kitab elmi işçilər, tələbələr, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: