"Dilçilik İnstitutunun əsərləri" jurnalının cari ildə ilk sayı çapdan çıxıb.
"Elm və təhsil" nəşriyyatında işıq üzü görən jurnalın baş redaktoru AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur.
Jurnalın dil tarixi və dialektologiya, müasir Azərbaycan dili və terminologiya, nəzəri dilçilik məsələləri, türk dilləri, resenziya və personalia bölmələrində 40-a yaxın məqalə yer alıb.
Belə ki, oxucular nəşrdə "Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında", "Kitabi-Dədə Qorqud” dastanının lüğət tərkibində maddi-mənəvi leksika", "Qloballaşma dövründə dildə gedən proseslər: mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış", "Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsinə dair", "Kompüter dilçiliyinin inkişaf tarixinə bir nəzər", "Dünya dillərində homogen sözlər" və digər məqalələrlə tanış ola bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.